21 sentyabr 2023 at 17:16
Jurnalist kodu: 5487
Xəbər kodu: 85235204
T T
0 Persons

Tags

Paşinyan: Ermənistan öz müstəqilliyini qorumaq üçün qarşıdurmadan uzaq olmalıdır

Tehran – İRNA – Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycan Respublikası qüvvələrinə təslim olmasından sonra Ermənistanın öz müstəqilliyi naminə “qarşıdurmadan uzaq olmasının” lazım olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Reuters xəbər agentliyi yazıb: Cümə axşamı (bu gün) Ermənistanın Milli Müstəqillik Günü münasibətilə televiziya ilə çıxışında Paşinyan birbaşa olaraq Dağlıq Qarabağda baş verən son hadisələrə toxunmadan deyib: “Bu gün biz çətin şəraitdə yaşayırıq və çoxsaylı fiziki və psixoloji xəsarətlərdən əziyyət çəkirik."

O deyib: Ermənistan demokratiyadan, qanunun aliliyindən və prinsipial antikorrupsiya siyasətindən bəhrələnib, lakin onun da sülhə ehtiyacı var. Sülh təhlükəsizliyi, müstəqilliyi və suverenliyi təmin edən amildir.

Paşinyan bəyan edib: Ermənistan öz müstəqilliyi, dövlətçiliyi və gələcəyi üçün bu yolla getməlidir.

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü deyib ki, o, variantları az olan Ermənistanın rəsmi Bakının ildırım sürətli hücumuna müdaxilə etməyə cəhd etməməsini yüksək qiymətləndirir.

Əliyev əlavə edib: Bu məsələ iki qonşu ölkə arasında daha geniş sülh danışıqlarına maneələri aradan qaldırır.

Sizin rəyiniz

You are replying to: .