21 sentyabr 2023 at 17:41
Jurnalist kodu: 5487
Xəbər kodu: 85235219
T T
0 Persons

Tags

Kənani: Uydurma ittihamlar və iddiaları təkrarlamaq region hökumətlərinin və xalqlarının maraqlarına xidmət etmir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurasının Xarici İşlər nazirlərinin Nyu-York görüşündən sonra verdiyi birgə bəyanata cavab olaraq deyib: Bölgənin indiki vəziyyətində uydurma ittihamların və iddiaların təkrarlanması heç bir halda region hökumətlərinin və xalqlarının maraqlarına xidmət edə bilməz.

İRNA-nın məlumatına görə, Nasir Kənani ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurasının Nyu-Yorkdakı iclasından sonra Xarici İşlər nazirlərinin birgə bəyanatına cavab olaraq deyib: Regionun hazırkı vəziyyətində uydurma ittihamların və iddiaların təkrarlanması heç bir halda region hökumətlərinin və xalqlarının maraqlarına xidmət edə bilməz. Bu, yalnız region ölkələrinin asayişini, iqtisadi inkişafını, ərazi bütövlüyünü və milli suverenliyini düşünməyən və hər zaman öz qeyri-qanuni maraqlarını bölgəyə müdaxilədə, regionun qeyri-sabit və təhlükəli olmasına can atan bədxahların xeyrinədir.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İran İslam Respublikasının raket və pilotsuz təyyarə imkanları caydırıcılıq və milli təhlükəsizliyin qorunmasına əsaslanan şəffaf hərbi doktrina çərçivəsindədir. Əsl təhlükə isə sionist rejimin əsas təhlükə mənbəyi kimi və İslam ölkələrini təhdid etməklə region coğrafiyasına daxil olmasıdır.

Ölkəmizin sabit və prinsipial mövqelərini bir daha vurğulayan Kənani İranın üç adası; Əbu-Musa, Böyük Tunb və Kiçik Tunbu İran İslam Respublikasının ərazisinin ayrılmaz və əbədi hissəsi hesab edərək əlavə edib: İran İslam Respublikası bu adalarla bağlı istənilən iddianı öz daxili işlərinə və vətən ərazisinə müdaxilə kimi qiymətləndirir və bunu qəti şəkildə pisləyir.

Xarici siyasət aparatının sözçüsü vurğulayıb: İran İslam Respublikası özünün strateji baxışı və prinsipial siyasətlərinə əsaslanaraq, regionun problemlərinin həlli yolunu həmişə regiondankənar tərəflərin müdaxiləsi olmadan, region ölkələrinin qarşılıqlı fəaliyyəti, əməkdaşlığı və hörməti yolu hesab edir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .