İRNA-nın müdafiə sahəsinə istinadən verdiyi məlumata görə, ölkəmizin Kəşfiyyat Nazirliyi son günlər Tehranda eyni vaxtda 30 partlayışın zərərsizləşdirildiyini və 28 terrorçunun həbs edildiyini açıqlayıb.
Kəşfiyyat Nazirliyi bəyanat yayaraq bildirib:
Son günlər Tehran, Əlborz və Qərbi Azərbaycan vilayətlərində eyni vaxtda həyata keçirilən bir sıra əməliyyatlar zamanı terrorçulara aid bir neçə baza və komanda evlərinə hücum edilib, terror şəbəkəsinin 28 üzvü həbs edilib. Bu ünsürlər İŞİD-in peşəkar cinayət qruplaşması ilə əlaqəlidir və onlardan bəziləri Suriyada təkfirçilərlə birgə olub və ya Əfqanıstan, Pakistan, İraqın Kürdüstan bölgəsində iştirak ediblər.
Həbs edilən ünsürlərin İŞİD-çi olmasına baxmayaraq, bu əməliyyatın hazırlanma modeli və bu terrorçuların davranış modeli təkfirçi hərəkatların adi modelindən çox daha texniki və mürəkkəbdir, sionist işğal rejimin məlum üsul və mexanizmlərinə mənalı uyğunluğu var. Ən ixtisaslaşmış bir-birindən ayrı və hüceyrəli təşkilati üsulların tətbiqi, daxili kəşfiyyat zabitlərini aldatmaq və onları cəlb etmək üsullarından istifadə etmək, xarici sosial şəbəkələrdə, xüsusən də WhatsApp-da ünsiyyətə diqqət yetirmək, ünsiyyətdə vasitəçi və çoxtərəfli ünsürlərdən istifadə, tələb olunan sənədləri təqdim etmək üçün tam peşəkar saxtakarların işə cəlb edilməsi, onlarla başqa belə komponentlər hamısı həbs olunan ünsürlərin pərdə arxasında İŞİD qruplaşmasından kənar mənşəyin mövcudluğuna işarə edir.
Son əməliyyatlarda aşkar edilmiş cinayət alətlərindən bəziləri bunlardır: diqqəti çəkən miqdarda partlayıcı maddələ, hazır bombalar, bomba hazırlamaq üçün çoxlu miqdarda maddələr, 100 partlayıcı detonatordan ibarət bir paket, saatlı bombalar üçün müxtəlif elektron cihazlar, 17 Amerika tapançası və ona aid müvafiq güllələr, çoxlu ağıllı və peyk rabitə cihazları, hərbi geyimlər və intihar jiletləri, İraqın Kürdüstan bölgəsində istifadə edilən modemlər və xarici valyutalar.
Qeyd edək ki, komanda evlərindən birinə qarşı keçirilən əməliyyat zamanı terrorçular qonşu evlərin sakinlərinə zərər verə biləcək intihar hücumu həyata keçirmək niyyətində olduqlarından, naməlum əsgərlərin cəsarətli və sürətli hərəkətləri ilə onların intihar aktının qarşısı alındı. Amma bu əməliyyat təəssüf ki, İmam Zamanın (əc) iki naməlum əsgərinin (Kəşfiyyat Nazirliyinin əməkdaşları) yaralanması ilə nəticələndi.
Qərbi Azərbaycan əyalətinin ədliyyə rəisi terror şəbəkəsi üzvlərinin həbsinin təfərrüatlarını açıqlayıb
Qərbi Azərbaycan əyalətinin baş hakimi Nasir Ətəbati deyib: Əldə edilən hesabat və məlumatlara görə, kimya təhsili almış və vaxtilə Suriya və İraqda yerləşən İŞİD-lə əməkdaşlıq edən bir şəxs İŞİD qüvvələrinin rəhbərliyi ilə bombalar düzəldib və Qərbi Azərbaycan əyalətinin bəzi şəhərlərində onları sınaqdan keçirib.
Bu qrupun üzvləri Tehranda “Ərbəinə gedə bilməyənlər” (Tehrandan Reyə, Şah Əbdüləzimin (ə) məzarına qədər piyada yürüşü) mərasimi, məktəblərin açılışı və digər toplaşma halları zamanı terror aktları törətmək məqsədi ilə partlayıcı tələlər, bombalar, mobil taymer pultlarının quraşdırıldığı partlayıcı və kamikadze jiletlər düzəltməyə cəhd ediblər.
Partlayıcı maddələrin bir hissəsini Tehrana aparmağı planlaşdıran əsas üzvlərdən biri Əlborz əyalətinin şəhərlərindən birində müəyyən edilərək həbs edilib.
Dünən İranın Təhlükəsizlik Nazirliyi Tehranda eyni vaxtda baş verən 30 partlayışın zərərsizləşdirildiyini və 28 terrorçunun həbs edildiyini, bu şəxslərdən 15-nin isə Qərbi Azərbaycan əyalətində həbs edildiyini açıqlayıb.
Sizin rəyiniz