İRNA-nın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu görüşdə Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin diplomatiya üzrə məsləhətçiləri Saymon Mordyu və Maqdalena Qrono, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak ediblər.
Fransa Prezidenti Emmanuel Makronun müşaviri Emmanuel Bon və Almaniya kansleri Olaf Şultsun köməkçisi Yens Plutner də Avropa İttifaqı Şurasının sədrinin də qısa müddət ərzində iştirak etdiyi bu görüşdə iştirak edib.
Hikmət Hacıyev Azərbaycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarından danışıb.
Qriqoryan və Hacıyev qarşıdakı görüşdə Ermənistan və Azərbaycanın sülh prosesinin irəliləyişinə dair mümkün konkret addımları da müzakirə ediblər.
Görüşdən sonra Avropa İttifaqı bəyanat yayaraq bildirib: “Avropa İttifaqı Qarabağ bölgəsində baş verən bütün prosesləri diqqətlə izləyir.”
Bəyanatda əlavə edilir: “Avropa İttifaqı beynəlxalq yardım əməkdaşlarının və hüquq müdafiəçilərinin regionda fəaliyyət göstərməsinə icazə verilməsinin, şəffaflığın və Azərbaycan Respublikasının Qarabağda yaşayan ermənilərlə bağlı planı haqqında aydın məlumat verməsinin vacibliyini vurğulayır.”Bəyanatın davamında Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək toplantısına toxunuluraq deyilir: “Avropa İttifaqı hesab edir ki, İrəvan və Bakı Qrenada görüşündən Praqa və Brüsseldə əvvəlki razılaşmalara uyğun olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təkrarlamaq üçün fürsət kimi istifadə etməlidirlər.”
Sizin rəyiniz