İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi çərşənbə günü müraciət ünvanlayaraq İranın “Nur 3” peykinin hazırlanması və İranın “Qasid” peyk daşıyıcısı vasitəsilə uğurla yerin 450 km orbitinə buraxılmasını təbrik etməklə yanaşı, bu milli uğuru xalq hökumətinin kosmik sənayeyə göstərdiyi diqqətin nəticəsi və ölkənin ekspert və alimlərinin qətiyyət və əzmkarlığına qarşı düşmənin sanksiya və təhdidlərinin səmərəsizliyinin daha bir əlaməti adlandırıb, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İran Kosmik Təşkilatından ölkədə kosmik sənayenin sürətli inkişafı üçün əvvəldə olduğundan daha çox zəmin yaratmağı istəyib.
Prezidentin müraciətinin mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Ölkənin kosmik mütəxəssisləri tərəfindən İranın “Nur 3” peykinin hazırlanması və İranın “Qased” peyk daşıyıcısı vasitəsilə uğurla yerin 450 km orbitinə buraxılması, bir daha göstərdi ki, təhdid və sanksiyaların İslami İranın tərəqqisi və mükəmməlliyi istiqamətində əziz gənc alimlərin əzm və qətiyyətinə heç bir təsiri yoxdur. Bacaracağımıza inamımızın təzahürü, xalq hökumətinin kosmik sənayeyə göstərdiyi diqqətin və Ali Kosmos Şurasının təsdiqinin nəticəsi olan bu milli uğur münasibətilə bütün xalqı, ölkənin kosmik sənayesinin zəhmətkeşlərini, İran Kosmik Təşkilatını, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun kosmos mütəxəssislərini təbrik edirəm, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən və İran Kosmik Təşkilatından istəyirəm edirəm ki, ölkədə kosmik sənayenin sürətli inkişafı üçün əvvəldə olduğundan daha çox yol açsınlar.
“Nur 3” peykinin uğurla orbitə buraxılması düşmənin sanksiya layihəsinin uğursuzluğuna daha bir işarədir
28 sentyabr 2023 at 12:45
Xəbər kodu:
85241754
![“Nur 3” peykinin uğurla orbitə buraxılması düşmənin sanksiya layihəsinin uğursuzluğuna daha bir işarədir “Nur 3” peykinin uğurla orbitə buraxılması düşmənin sanksiya layihəsinin uğursuzluğuna daha bir işarədir](https://img9.irna.ir/d/r2/2023/09/27/4/170630037.jpg?ts=1695843164150)
Tehran - İRNA - Prezident İranın “Nur 3” peykinin uğurla hazırlanması və yerin 450 km orbitinə buraxılması münasibətilə bütün İran xalqını təbrik edib və ölkənin kosmik sənayesi ilə məşğul olanların hamısına minnətdarlığını bildirib.
Sizin rəyiniz