HƏMAS hərəkatı öz bəyanatında Fələstin xalqının vəhdətdə qalacağını, müqaviməti dəstəkləyəcəyini və Fələstin torpaqları və məhbusları azad olunana qədər öz kimliyinə və prinsiplərinə sadiq qalacağını bildirib.
Fələstin İslami Müqavimət Hərəkatı Əl-Əqsa məscidinin İslam məkanı olduğunu və belə qalacağını və işğalçıların onun torpağının bir hissəsinə belə hakimiyyət və nəzarəti olmadığını vurğulayıb.
HƏMAS əlavə edib: 2000-ci ildə Əl-Əqsa intifadasının başlamasının səbəbləri hələ də mövcuddur, çünki sionist işğalçılar hələ də Əl-Əqsa məscidinə hücumda təxribat xarakterli hərəkətlərini davam etdirirlər.
Sözügedən hərəkat Fələstin xalqının müsəlmanların ilk qibləsinin qoruyucu və sipəri olaraq qalacağını və onu tam məmnuniyyətlə qoruyacağını bəyan edib.
Sizin rəyiniz