2 oktyabr 2023 at 16:30
Jurnalist kodu: 5481
Xəbər kodu: 85246020
T T
0 Persons

Tags

Kənani: İran Ermənistan və Azərbaycan sərhədlərində istənilən dəyişikliyin əleyhinədir

Tehran - İRNA - İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bu gün (2 oktyabr) mətbuat konfransında deyib: “Hərbi hadisələr və hərəkətlənmələr, habelə Cənubi Qafqaz regionunda və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün qonşuluq imkanlarından istifadə edilməsi Ermənistan nümayəndəsinin müzakirə etdiyi mövzular sırasında olub.”

Kənani həmçinin bildirib: “İran İslam Respublikasının regionun sərhədləri ilə bağlı mövqeyi tam aydındır. Öz fikrimizi dəfələrlə bildirmişik. Biz beynəlxalq sərhədlərin dəyişdirilməsinin, Ermənistan və Azərbaycan ölkələrində geosiyasi dəyişikliklərin əleyhinəyik.”

O, qeyd edib ki, bu gün Ermənistan rəsmisi ölkəmizin Xarici İşlər naziri doktor Hüseyn Əmir Abdullahiyanla görüşəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .