TASS xəbər agentliyi bu barədə bildirib ki, bu qərar çərçivəsində ofis yaradılacaq və həmin ofis İranın cənubundakı limanlara eni 1520 mm olan dəmir yolu xəttinin tikintisi üçün investisiya layihəsini toplayacaq və təhlil edəcək.
Ofis VTB Bankın maliyyə resurslarından istifadə edərək bu dəmir yolu marşrutunda malların fasiləsiz dövriyyəsini təmin etmək üçün təkliflər vermək missiyasını daşıyır.
Rusiya və Azərbaycan Respublikasında dəmir yolu xəttinin eni 1520 mm-dir, amma İranda bu göstərici beynəlxalq standarta uyğun olaraq 1435 mm-dir. Beləliklə, İran limanlarına Rusiya standartlarına uyğun dəmir yolu xəttinin çəkilməsi üzrə nəzərdən keçirilən layihə İran standartları ilə mövcud və tikilməkdə olan dəmir yolu xətti ilə yanaşı, ikitərəfli əməkdaşlığın tamamlayıcı əlaqəsi kimi təklif olunub.
Şimal-Cənub Dəhlizi Süveyş kanalına alternativdir
Bu arada Rusiyanın VTB Bankı mətbuata verdiyi açıqlamada bildirib: “Bizim qiymətləndirməmizə görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avrasiya regionunda əsas nəqliyyat marşrutlarından birinə çevrilə bilər, Süveyş kanalı da daxil olmaqla, alternativ ola bilər, qlobal cənub ölkələri arasında ticarət əlaqələri üçün yeni iqtisadi imkanlar aça bilər.”
Rusiya Federasiyası hökumətinin təsdiqindən sonra 4 oktyabar çərşənbə günü axşam saatlarında dərc olunan bu bəyanatda vurğulanıb: “VTB Bank layihəni Rusiya və beynəlxalq investorlara təqdim etmək üçün layihənin genişləndirilməsi xərclərini öz üzərinə götürməyə hazırdır.”
Cari ilin may ayında VTB Bankın İranda nümayəndəliyini açdığı elan edildi.
Sənaye, Mədən və Ticarət nazirinin sabiq müavininin sözlərinə görə, bu, İranda birbaşa iştirakı olan ilk Rusiya bankıdır və valyuta gəlirlərinin bir hissəsinin trest şəbəkəsindən bank şəbəkəsinə köçürülməsində və ticarətin şəffaflığında səmərəli olacaq.
Rusiyanın VTB Bankının İdarə Heyətinin sədr müavini Anatoli Peçatnikov da il iyunun 17-də bu bankın İranda nümayəndəliyinin açılmasına toxunaraq deyib: “Ola bilsin ki, bu nümayəndəlik 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində Tehranda ilk əməliyyatlarına başlasın.”
Bundan əvvəl iki ölkənin rəsmiləri Tehran və Moskvanın Şimal-Cənub Dəhlizinin bütün sahələrdə, o cümlədən taxıl daşınmasında imkanlarından istifadə etmək iradəsindən danışıblar.
Sizin rəyiniz