İRNA müxbirinin verdiyi məlumata görə, “Ərdəbil 2023” tədbiri çərçivəsində İƏT-ə üzv ölkələrin turizm nazirləri dünən Ərdəbilə gəliblər. İclas bu gün İƏT Baş katibi, üzv ölkələrin turizm nazirləri, habelə İranın hökumət və əyalət rəsmilərinin iştirakı ilə başlayıb.
Dünən isə İƏT-ə üzv ölkələrin turizm üzrə yüksək səviyyəli ekspertləri üzvlərin təklif etdiyi müxtəlif məsələlər və mövzuları nəzərdən keçiriblər.
Azərbaycan Respublikasının Şuşa şəhərinin 2026-cı ildə ekoloji turizmin paytaxtı seçilməsi, isti və mineral sular da daxil olmaqla, turizm imkanlarına uyğun olaraq turizmin inkişafına aid həll yollarının araşdırılması, üzv ölkələr arasında əlaqələrin inkişafı, o cümlədən üzv ölkələr arasında vizaların ləğvi İƏT-in yüksək səviyyəli turizm ekspertlərinin dünənki görüşündə qaldırılan ən mühüm mövzulardan olub.
Dünən axşam saatlarında Şeyx Səfiyəddin Ərdəbili Tarixi Kompleksində üzv ölkələrin iqtisadi fəallarının toplantısı keçirilib və iqtisadi fəallar həmkarları ilə ixtisaslaşdırılmış masalar formatında məsləhətləşiblər.
Ərdəbil valisinin iqtisadi işlər üzrə koordinatorunun müavini Yasir Abdullahi Abid Ərdəbilin turizm imkanlarına işarə edərək, bu əyalətin investorları qarşılamağa hərtərəfli hazır olduğunu bildirib.
Sizin rəyiniz