Hizbullah: Terrorçular xaricdən dəstək alaraq meydana qayıdıblar - Suriyanın iradəsi qırılmayacaq

Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bəyanat yayaraq Suriyanın Homs şəhərində yerləşən hərbi institutda törədilən terror aktını pisləməklə yanaşı, terrorçu qrupların cinayətkar əməllər törətmək üçün xaricdən dəstək alaraq yenidən meydana qayıtdıqlarını vurğulayıb.

İRNA-nın məlumatına görə, Livan Hizbullah Hərəkatı cümə günü yaydığı bəyanatda Suriya Hərbi İnstitutu zabitlərinin məzun tədbirinə terror hücumu edilməsini, onlarla Suriya hərbçi və mülki vətəndaşının öldürülməsini və yaralanmasını pisləyib.

Bəyanatda bildirilir: “Bu çirkin cinayət bir daha on ildən artıqdır ki, terrorçu qruplarla mübarizə aparmağın, onların regional və beynəlxalq dəstəkçiləri və liderləri ilə qarşılaşmağın legitimliyini, Suriya və onun müqavimətli xalqına qarşı davam edən qlobal sui-qəsdin təhlükələrini vurğulayır.

Terrorçu qruplar cinayət əməlləri törətmək üçün açıq-aşkar xarici dəstək almaqla yenidən meydana qayıdıblar. Onların bu hərəkəti Suriyada həyat normallaşmağa qayıtmaqla eyni zamanda təkrarlanır.”

Bəyanatda qeyd olunur ki, Suriya xalqı bu xalqın bütün sahələrdə ağrılarını iki qat artıran amansız sanksiyalara baxmayaraq, bir az da sülh və sabitlik görəndə, bu terrorçu qruplar meydana çıxırlar.

Livan Hizbullah Hərəkatı Suriya xalqına, Prezidentinə və bu ölkə ordusuna başsağlığı verib, terrorla mübarizədə Suriya başçılarının, ordusunun və xalqının tam yanında olduğunu vurğulayıb.

Livanın islami müqaviməti vurğulayıb ki, bu ağrılı faciə Suriyanın qətiyyətini zəiflədə bilməz, əksinə Suriyanın qarşıdurma, qələbə və öz torpaqlarının bütövlüyünü qorumaq əzmini və gücünü artırır.

Homs şəhərində Suriya Hərbi İnstitutu zabitlərinin məzun mərasimi cümə axşamı terrorçular tərəfindən PUA hücumuna məruz qalıb.

Mülki vətəndaşların və zabit ailələrinin iştirakı ilə keçirilən bu şənlikdə onlarla əsgər və mülki şəxs həlak olub, onlarla insan yaralanıb.

Suriya Səhiyyə Nazirliyi cümə günü son statistik məlumatlarda bu terror aktında 31 qadın və 5 uşaq olmaqla 89 nəfərin həlak olduğunu açıqlayıb.

Səhiyyə Nazirliyi yaralıların sayının 277 olduğunu açıqlayıb.

“Agence France-Presse” Suriya İnsan Haqları Müşahidə Qrupuna istinadən bildirib ki, Homs Zabitlər İnstitutuna pilotsuz təyyarələrin hücumu nəticəsində azı 112 nəfər həlak olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .