8 oktyabr 2023 at 22:04
Jurnalist kodu: 5487
Xəbər kodu: 85252017
T T
1 Persons

Tags

Prezident: Fələstin xalqının son qələbəsini ilahi vəd hesab edirik

Tehran - İRNA - Prezident sionist rejimin tənəzzülə uğradığını və müqavimət cəbhəsinin qələbə zirvələrini fəth etdiyini bəyan edərək deyib: “Biz Fələstin xalqının son qələbəsini ilahi vəd hesab edirik. İran xalqı başda azadlıqsevər Fələstin xalqı olmaqla, həmişə azadlıqsevər və müstəqil xalqların yanında olub.”

İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi bazar günü günortadan sonra Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Nəxalə ilə telefon danışığında İran hökuməti və xalqının salamlarını Fələstin xalqına çatdırıb, mücahidlərin və Fələstin müqavimət qüvvələrinin parlaq və təsirli qələbələrini təbrik etməklə yanaşı deyib: “İşğal olunmuş ərazilərdə və işğalçı sionist rejimlə döyüşdə baş verənlər son 70 ildə çox əzəmətli və unikal hadisə idi. Siz həqiqətən də bu yeni və zəfərli əməliyyatla İslam ümmətini sevindirdiniz.”

Prezident daha sonra sionist rejimin tənəzzülə uğradığını və müqavimət cəbhəsinin qələbə zirvələrini fəth etdiyini bəyan edərək deyib: “Biz Fələstin xalqının son qələbəsini ilahi vəd hesab edirik. İran xalqı başda azadlıqsevər Fələstin xalqı olmaqla, həmişə azadlıqsevər və müstəqil xalqların yanında olub.”

Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Nəxalə də bu telefon danışığında İran Rəhbərliyi, hökuməti və xalqının Fələstin xalqına verdiyi dəstəyə görə səmimi təşəkkürünü bildirib.

Fələstin İslami Cihad Hərəkatının Baş katibi işğal olunmuş ərazilərdə müqavimət qüvvələrinin nailiyyətləri və sionist düşmənin vəziyyəti haqqında məlumat təqdim edərək deyib: “Allahın köməyi ilə bu mübarək günlər və bu qələbələr möhkəmcəsinə davam edəcək və Fələstin xalqı öz müqavimət yolunda möhkəm dayanıb.”

1 Persons

Sizin rəyiniz

You are replying to: .