14 oktyabr 2023 at 16:02
Jurnalist kodu: 5487
Xəbər kodu: 85258207
T T
0 Persons

Tags

Ali Məqamlı Rəhbər Şeyx Zəkzakiyə xitabən: Siz Allah yolunda əsl mücahid nümunəsisiniz

Tehran- İRNA - İslam İnqilabının Ali Rəhbəri Şeyx Zəkzaki və onun ailəsi ilə görüşündə onlara xitabən deyib: “Siz Allah yolunda əsl mücahid nümunəsisiniz və ümid edirik ki, mücahidliyinizi davam etdirə biləcəksiniz.”

İRNA-nın siyasi sahə üzrə müxbirinin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei bu gün günortadan əvvəl Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki və xanımı ilə görüşündə onun və ailəsinin səylərini yüksək qiymətləndirərək, geniş fitnələrə baxmayaraq, İslamın dünyada artan gücünü mücahidliklərin nəticəsi adlandırıb, işğal altındakı Fələstinin və xüsusilə Qəzzanın vəziyyətinə toxunaraq deyib: “Bu gün İslamın gücünün təzahürlərindən biri də Fələstində baş verən həmin məsələlərdir.”

O vurğulayıb: “Fələstində son günlər baş verən hadisələr, xüsusən də qadın, uşaq və kişilərin bombalanması, şəhid olması insanın qəlbini yaralayır, amma bu hadisələrin başqa bir hissəsi İslamın Fələstindəki inanılmaz gücünü göstərir, Uca Allahın lütfü ilə Fələstində başlayan bu hərəkat irəliləyəcək və fələstinlilərin tam qələbəsinə səbəb olacaq.”

İslam İnqilabının Ali Rəhbbəri bildirib: “İslam dünyasında hər kəs Fələstin xalqına kömək etməlidir.”

Həzrət Ayətullah Xamenei İranda İslam quruluşunun təşkilini və uzun əsrlərdən sonra siyasi İslam düşüncəsinə əsaslanan hökumətin formalaşmasını İslamın qüdrətinin tərəflərindən biri hesab edərək deyib: “İslam Respublikası yarandığı vaxtdan gündən-günə güclənib və gələcəkdə indikindən daha da güclü olacaq.”

O, dünyada islami fəaliyyətlərin günü-gündən genişləndiyini bildirərək deyib: “Bu gün İslam hərəkatı Afrika, Asiya, Avropa və Şimali Amerika kimi dünyanın müxtəlif yerlərində genişlənməkdədir və Allahın lütfü ilə bu hərəkatın uğurları daha böyük güclə davam edəcək.”

İslam İnqilabının Ali Rəhbəri söhbətlərinin başqa bir hissəsində Şeyx Zəkzaki və ailəsi ilə görüşü çox sevindirici adlandırıb və onlara xitabən deyib: “Siz Allah yolunda əsl mücahid nümunəsisiniz və ümid edirik ki, mücahidliyinizə davam edə biləcəksiniz.”

Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki və xanımı da bu görüşdən böyük məmnunluq duyduqlarını bildiriblər və hisslərini təsvirolunmaz adlandıraraq deyiblər: “Ümid edirik ki, Zati-alilərinin duaları və müsəlmanların səy və təlaşları ilə İslam günü-gündən daha da genişlənəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .