İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi şənbə günü günorta Oman sultanı Heysəm bin Tariq ilə telefon danışığında bildirib ki, İran İslam Respublikası hər zaman iki ölkə arasında əlaqələrin inkişafı, mehriban qonşuluğun möhkəmləndirilməsi və etimadın artırılmasına önəm verir. O, rəsmi Məsqətin regional və beynəlxalq problemlərin həllindəki konstuktiv rolunu yüksək qiymətləndirib.
Prezident sözlərinin davamında Əl-Əqsa tufanı əməliyyatının spontan və yenilikçi olduğunu bildirərək, bunu son aylarda sionist rejimin cinayətlərinin şiddətlənməsindən sonra qınından çıxan və sionist-qərb hesablamalarını alt-üst edən qılınc kimi xarakterizə edib.
Rəisi əlavə edib: Bu gün sionist rejim və onun müttəfiqləri Qəzzada su və elektrik enerjisini kəsməyə davam etməklə, dərman və qidanın əraziyə girişinin qarşısını almaqla kütləvi qırğın törətmək və insanları evlərini tərk etməyə məcbur etmək istəyirlər.
Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın sionistlərin cinayətlərinə qeyri-məhdud dəstəyinin vəziyyəti daha da mürəkkəb və dəhşətli hala gətirdiyinə işarə edən prezident, sionist ölüm maşınını dayandırmaq üçün İslam ölkələri və dünyanın azad insanlarının qəti və təcili addım atmasını zəruri hesab edib.
Rəisi vurğuladı: Qəzzadakı mövcud ağır vəziyyətin nəzərdən keçirilməsi təcili olaraq BMT, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və digər beynəlxalq forumların gündəliyinə salınmalıdır.
Bu telefon danışığında Oman sultanı Heysəm ibn Tariq İran İslam Respublikasının məzlum Fələstin xalqının müdafiəsi istiqamətindəki mövqelərini yüksək qiymətləndirərək dedi: Biz məzlum Fələstin xalqını yerindən-yurdundan bir daha didərgin salmaq və zorakılıq edərək qaçqına çevirmə siyasətinə imkan verməməliyik.
Oman sultanı İran prezidentinin Qəzzada davam edən zülm və zorakılığı dayandırmaq üçün İslam ümmətinin qüdrəti və imkanları ilə bağlı fikrini təsdiqləyib və qeyd edib: Biz bu cinayətləri dayandırmaqda təsirli ola biləcək və bu işdə rol oynaya biləcək bütün tərəflərlə əlaqə saxlayırıq.
Sizin rəyiniz