Rəisi Makrona müraciət etdi: 7 gündə 700 uşağın öldürülməsinə haqq qazandırılmır! Sionistlərin və nasistlərin oxşar davranışı

Tehran - İRNA - Prezident qərb ölkələri və sionist rejim tərəfdarlarından Qəzzədə 700 məzlum və günahsız uşağın öldürülməsini hansı meyar və standartlarla bu rejim tərəfindən əsaslandırıla biləcəyini istəyib və sionist rejimin hərəkətlərinin nasistlərin davranışını xatırlatdığını bildirib.

İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi bazar günü günorta Fransa prezidenti Emmanuel Makronun telefon zəngini cavablayarkən, sionist rejimin cinayətkar hücumlarını qətiyyətlə pisləyib və Qəzzə xalqının ağır vəziyyətindən, 70 illik zülm, cinayət, ayrı-seçkilik və ədalətsizliyi, aparteid tətbiq olunması, sionistlər tərəfindən məzlum Fələstin xalqının vəhşicəsinə öldürülməsi və torpaqlarının qəsb edilməsindən narahatlığını bildirib və deyib: Fələstin müqavimət qruplarının etdikləri əslində bu cinayətlərə reaksiya və Fələstin xalqına qarşı yetmiş il boyunca qətl, qəddarlıq və ədalətsizliyə etiraz idi.

Prezident sionist rejimin fələstinlilərə qarşı qanunları, beynəlxalq konvensiyaları və qondarma sülh müqavilələrini dəfələrlə pozmasına toxunaraq dedi: Bu rejim bu dəfə bütün beynəlxalq qanun və qaydalara zidd olaraq Qəzza xalqını mühasirəyə alaraq, onları su, elektrik enerjisi, yanacaq, qida və dərmandan məhrum edərək, eləcə də mülki hədəflərin geniş və kor-koranə bombalanması və hətta fosfor bombalarından istifadə etməklə müharibə cinayətləri törətmişdir.

Sionist rejimin hərəkətlərinin nasistləri xatırlatdığını deyən Ayətullah Rəisi vurğulayıb: Əgər sionist rejim bu cinayətləri davam etdirməklə öz məğlubiyyətini kompensasiya etmək istəsə, hadisələrin miqyası genişlənəcək.

Prezident sionist rejimin törətdiyi cinayətlərin təsvirinə davam edərək deyib: Sionistlərin hücumlarında Qəzzada şəhid olanların təxminən üçdə ikisini qadınlar və uşaqlar təşkil edir, son günlərdə yarım milyon insan öz evindən didərgin düşüb və zəruri tələbat vasitələrinin olmaması bir çox mülki vətəndaşın həyatını təhlükəyə atdı.

Prezident Qəzzanın yaşayış məntəqələrinin bombalanmasının dərhal dayandırılmasının vacibliyini vurğulayaraq dedi: Qəzza sakinlərinin öz doğma yurdlarından məcburi köçürülməsi nə praktiki olaraq mümkündür, nə də beynəlxalq prinsip və qanunlara uyğundur, Fələstin müqavimət qrupları və dünyanın bütün azad xalqları bu cinayətlərə qarşı duracaq.

Fransa prezidenti Emmanuel Makron bu telefon danışığında Qəzza zolağında böhranın artması ilə bağlı narahatlığını ifadə edərək, vəziyyətə nəzarət etmək üçün İran İslam Respublikasının regiondakı nüfuzlu rolundan istifadə edilməsini istəyib. Cavab olaraq ona bildirilib ki, məsləhəti təyin etmə və qərar sahibi müqavimət qruplarının özləridir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .