16 oktyabr 2023 at 17:28
Jurnalist kodu: 5487
Xəbər kodu: 85260625
T T
1 Persons

Tags

Rəisi: Müqavimət qruplarının hərəkətlərini bəyənirik - Putin: İranla eyni fikirdəyik

Tehran - İRNA - Ayətullah Rəisi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında iki ölkə arasında iqtisadi və ticarət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi tendensiyasından məmnunluğunu ifadə edərək, xüsusilə enerji və nəqliyyat sahələrində iki ölkə arasında əməkdaşlığının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident telefon danışığının davamında Rusiyanın Qəzzada sionist rejimin hərbi cinayətləri və soyqırımını pisləməsi ilə bağlı mövqeyini müsbət qiymətləndirərək deyib: “Qəzzada baş verənlərə diqqət etməklə, müharibə və qarşıdurmaların miqyasının digər cəbhələrə də genişlənməsi ehtimalı var və bu baş verərsə, vəziyyətə nəzarət etmək çətinləşəcək. Ona görə də biz bütün dövlətlərdən və beynəlxalq təşkilatlardan, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiyadan gözləntimiz budur ki, sionist rejimin hərbi cinayətlərinin dayandırılmasında daha təsirli rol oynasın.”

Ayətullah Rəisi Rusiya Prezidentinin İranın münaqişələrin dayandırılmasındakı rolu və siyasi proseslərdə müqavimət qruplarının iştirakı ilə bağlı təklifinə cavab olaraq deyib: “Biz dəfələrlə bəyan etmişik ki, Fələstinə dəstək İran İslam Respublikasının xarici siyasətinin prioritetidir, lakin müqavimət qrupları müəyyən etməkdə və qərar qəbul etməkdə müstəqildirlər. Təbii ki, müqavimət qruplarının sionistlərin təcavüzünə qarşı hər hansı hərəkəti hamı tərəfindən bəyənilməlidir, çünki bu, qanuni özünümüdafiədir.”

Rusiya Prezidenti Vladimir Putin bu telefon danışığında Rusiyanın Qəzzədəki hazırkı böhranın səbəbləri ilə bağlı təhlilinin İranla eyni olduğunu vurğulayaraq deyib: “Sionist rejimin iki milyondan çox müdafiəsiz insanın yaşadığı sıx bir əraziyə geniş hücumlarına heç bir haqq qazandırmaq olmaz və mümkün qədər tez dayandırılmalıdır.”

Qəzzada quru əməliyyatlarının aparılması hərbi və humanitar baxımdan çox ağır xərc və təsirlərə malik olduğunu bildirən Rusiya Prezidenti deyib: “Amerikalılar Fələstin məsələsini təkbaşına həll etmək üçün öz strategiyalarını irəli sürməyə çalışdılar, ancaq bu həll yolu uğursuz oldu və Rusiya da Qəzzadakı hazırkı münaqişənin digər bölgələrə yayılmasından narahatdır.”

1 Persons

Sizin rəyiniz

You are replying to: .