Tehran əhalisi sionist rejimin cinayətlərini pisləmək və Qəzzəyə dəstək vermək üçün şəhərin İnqilab meydanında toplaşıblar

Tehran - İRNA - Sionist rejimin cinayətlərini qınamaq və məzlum Fələstin xalqını müdafiə etmək üçün bir neçə dəqiqə öncə eyni vaxtda Tehranın İnqilab meydanında və ölkənin müxtəlif şəhərlərinin əsas və mərasim meydanlarında başlanmış nəhəng ictimai toplantı baş tutub.

İRNA müxbirinin verdiyi məlumata görə, çərşənbə günü Tehranın İnqilab meydanında saat 15:00-da başlayan bu mitinqdə qadın və kişi, qoca və gənclərdən ibarət ictimaiyyətin müxtəlif təbəqələri Fələstin və Qəzzanın məzlum xalqlarına dəstək olaraq, sionist rejimin vəhşi cinayətlərini və körpələrin öldürülməsini qınayıblar. Habelə, Prezident Ayətullah Seyid İbrahim Rəisi də bu toplantıda çıxış edəcək.

Həmçinin tədbir iştirakçıları “Seyid Həsən Nəsrullah, Bismillah, Bismillah (Allahın adı ilə)” şüarı ilə Livan müqavimətini sionistlərin təcavüzü ilə ciddi qarşıdurmaya çağırıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .