20 oktyabr 2023 at 22:10
Jurnalist kodu: 5487
Xəbər kodu: 85264961
T T
0 Persons

Tags

Bu dəhşətli cinayətlərin sənədləşdirilməsi beynəlxalq məsuliyyətdir - Sionistlər heç bir dəyərə əməl etmirlər

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi sionistlərin Qəzzada yunan kilsəsinə hücumuna münasibət bildirərək deyib: “Bu dəhşətli cinayətləri səlahiyyətli beynəlxalq məhkəmələrə təqdim etmək üçün onları sənədləşdirmək beynəlxalq məsuliyyətdir.”

İRNA-nın məlumatına görə, Nasir Kənani sionist rejimin Qəzzada xəstəxanalara və dini məkanlara hücum etməklə törətdiyi cinayətlər barədə sosial şəbəkədə yazıb: “Sionist rejim Qəzzada Əl-Mamadani xəstəxanasına və Fələstin vətəndaşlarının sığındığı məscidlərə çoxsaylı hücumları zamanı rüsvayçı hərbi cinayət törətdikdən sonra, əksəriyyəti qadın və uşaq olmaqla 1000-ə yaxın insanın sığındığı, təəssüf ki, onlarla insanın şəhid olduğu və yaralandığı Qəzzadakı yunan kilsəsini bombalamaqla, sionist rejim və onun cinayətkar siyasi, hərbi və təhlükəsizlik rəhbərlərinin müharibə və insanlıq əleyhinə cinayətləri tarixinə daha bir qara və rüsvayçı səhifə əlavə olundu.”

XİN-nin mətbuat katibi əlavə edib: “Xəstəxanalara, məscidlərə və kilsələrə edilən dəlicəsinə hücum onu göstərir ki, qəsbkar sionist rejim heç bir insani, əxlaqi, dini prinsip və dəyərlərə, beynəlxalq standart və qaydalara əməl etmir.”

N. Kənani vurğulayıb: “Amerika rejimi və sionist rejimə qeyd-şərtsiz dəstək verən bəzi Avropa rejimlərinin məsuliyyətini sionist rejim və onun cinayətkar başçılarının beynəlxalq məsuliyyətlərindən ayırmaq olmaz.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .