23 oktyabr 2023 at 13:22
Jurnalist kodu: 5487
Xəbər kodu: 85267984
T T
0 Persons

Tags

Yol və şəhərsalma naziri Ermənistana gedib

23 oktyabr 2023 at 13:22
Xəbər kodu: 85267984
Yol və şəhərsalma naziri Ermənistana gedib

Tehran - İRNA - Yol və şəhərsalma naziri Ermənistan Respublikasının regional idarəetmə və infrastruktur nazirinin dəvəti ilə bu səhər Tehrandan İrəvandakı Zvartnots beynəlxalq hava limanına yola düşüb.

Bu bir günlük səfərdə yol və şəhərsalma naziri Şimal-Cənub dəhlizinin və Fars körfəzindən-Qara dənizə marşurutunun bir hissəsi olan Əkərək-Kacaran yolunun tikintisinə dair müqavilənin imzalanması mərasimində və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlarda iştirak edəcək.

Bu səfərdə iki ölkə arasında İran aviaşirkətləri üçün lisenziyaların verilməsi, yol rüsumlarının qaldırılması, Şimal-Cənub Dəhlizi və Fars Körfəzi-Qara dəniz dəhlizi çərçivəsində əməkdaşlığın təşviqi ilə bağlı əməkdaşlıq; habelə, dəmir yolu daşımalarının genişləndirilməsi və İranın logistika və liman imkanlarından istifadə edilməsi mövzularında danışıqlar və fikir mübadiləsi aparılacaq.

Məlumata görə, yol və şəhərsalma naziri Ermənistana bir günlük səfərdə baş nazir Nikol Paşinyan, ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanusyan və Ermənistan Respublikasının iqtisadiyyat naziri Vahan Kerobyan ilə görüşəcək və danışacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .