İRNA-nın məlumatına görə, bu gün səhər (bazar ertəsi) Hüseyn Əmir Abdullahian Fələstin müqavimət hərəkatının rəhbərləri İsmayıl Haniyə və Ziyad Nəxalə ilə telefon danışıqlarında Fələstindəki son siyasi və meydan prosesləri və sionist rejimin Qəzzə zolağına vəhşicəsinə hücumunu müzakirə edib.
İsmayıl Haniyə bu söhbətdə “faktları aydınlaşdırmaq məqsədi ilə dinamik İslam diplomatiyası” adlandırdığı, Fələstin xalqına verdiyi dəstəyə görə, İran İslam Respublikasına təşəkkür edib və sionist rejimin cinayətlərinin davam etməsi və dinc əhalinin qətlə yetirilməsi fonunda Qəzzadakı son vəziyyəti izah edib.
HƏMAS-ın siyasi ofisinin rəhbəri dərman, yanacaq çatışmazlığı və xəstəxanaların elektrik generatorlarının fəaliyyətinin dayanmasını Qəzzada iri miqyaslı humanitar fəlakətin baş verməsi üçün müqəddimə hesab edib.
Fələstin İslami Cihad Hərəkatının baş katibi də bu söhbətdə İran İslam Respublikasına Fələstin xalqına verdiyi dəstəyə görə təşəkkür edib və deyib: Sionist rejimin Qəzzada dinc əhaliyə qarşı davam edən hücumlarına baxmayaraq, müqavimətin meydandakı və mənəvi vəziyyəti çox yaxşı səviyyədədir və sionist rejimin geniş hücumu ilə mübarizə edəcək gücə malikdir.
Ziyad Nəxalə əlavə edib: Fələstinlə beynəlxalq həmrəylik mühüm məsələdir. Bu həmrəylik hər gün artır və İranın bu məsələdə rolu önəmlidir.
Sizin rəyiniz