İRNA-nın məlumatına görə, bu görüşdə həzrət Ayətullah Xamenei Fələstin məsələsində Amerikanın cinayətkarların qəti ortağı olduğunu bəyan edərək deyib: “Bu cinayətlərdə Amerikanın əli dirsəyə qədər məzlumların, uşaqların, xəstələrin qanına batıb. Əslində Qəzzada törədilən cinayətləri idarə edən Amerikadır.”
İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “Əgər məhv olmaq təhlükəsi qəsbkar rejimi təhdid etməsəydi, dünyanın bu bədxahları müntəzəm və bir-birinin ardınca həmrəylik ifadə etməyə ehtiyac görməzdilər.”
Həzrət Ayətullah Xamenei müsəlman hökumətlərinə xitabən deyib: “Müsəlman hökumətləri bu məsələdə qafiyəni itirməməlidir və elə güman etməməlidirlər ki, Amerika və bəzi qərb dövlətləri səhv edib vətəni və evlərini müdafiə edənləri terrorçu adlandırdıqları üçün onlar da eyni şeyi təkrarlamalıdır.”
O, əlavə edib: “Müsəlman hökumətləri və siyasi sözçülər diqqətli olmalıdırlar ki, onların (qərblilərin) dediklərini təkrarlamasınlar və bilsinlər ki, bu və sonrakı hadisələrdə Fələstin mütləq qalib gələcək.”
Sizin rəyiniz