İRNA-nın SANA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Suriya XİN-nin bu bəyanatında vurğulanır: “İşğalçı rejim qüvvələri Fələstində və onun hüdudlarından kənarda işğalçılıq və qətliamı genişləndirmək siyasətini həyata keçirmək üçün Suriyaya qarşı yeni hücuma başlayıb.”
Bəyanatda bildirilir: “Məlum olmuşdur ki, “İsrail” daha çox qana susamışdır və minlərlə fələstinlinin öldürülməsinə baxmayaraq, hələ də doymur.”
Suriya XİN daha sonra əlavə edib: “Bu təcavüz onu göstərir ki, günahsız dinc əhaliyə qarşı davam edən bu müharibənin miqyasını genişləndirmək istəyən tərəf, faşist İsrail rejimidir.”
XİN qeyd edib ki, Suriya İsrailə hücumlarının davam etdirilməsinin nəticələri barədə dəfələrlə xəbərdarlıq edib və bu rejimi və onun müttəfiqlərini regionun təhlükəsizliyini təhdid etməkdə məsul hesab edir.
Sizin rəyiniz