27 oktyabr 2023 at 20:12
Jurnalist kodu: 5481
Xəbər kodu: 85272486
T T
0 Persons

Tags

New York Times: Netanyahu Qəzza əməliyyatının uğursuz olacağından qorxur

Tehran - İRNA - Amerika KİV-i bildirib ki, sionist rejimin Qəzzanı ələ keçirmək əməliyyatının təxirə salmasının səbəbi bu rejim baş nazirinin uğursuzluqdan qorxmasıdır.

İRNA-nın məlumatına görə, Amerikanın “New York Times” qəzeti yazıb: “İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya qurudan geniş hücuma başlamaq əmrini imzalamaqdan imtina edib. Çünki əməliyyat uğursuz olacağı təqdirdə, xalqın etimadını itirməkdən qorxur.”

New York Times qəzeti Netanyahunun Qəzzəyə hücum əmrini imzalamaqdan imtina etməsini sionist rejimin hakim kabinetində ixtilafın mövcudluğunun göstəricisi kimi də qiymətləndirərək yazıb: “Bəzi kabinet üzvləri bir böyük əməliyyat yerinə çoxsaylı, lakin kiçik hücumların tərəfdarıdır.”

Sizin rəyiniz

You are replying to: .