İRNA-nın məlumatına görə, İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi və Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev fikir mübadiləsi aparıblar.
Bu görüşdə tərəflər ikitərəfli münasibətlərdəki son vəziyyət və qarşılıqlı münasibətlərdə iki ölkənin qarşısında dayanan layihələr, Qafqaz regionunda baş verən hadisələr, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivləri barədə müzakirə aparıblar.
Həmçinin, görüşdə iki tərəf işğal olunmuş Fələstin ərazilərindəki mövcud hadisələr, xüsusilə də sionist rejimin Qəzzada törətdiyi soyqırım və İslam ölkələri arasında hərəkətlilik və sinerjinin zəruriliyi haqda danışıblar.
Sizin rəyiniz