İRNA-nın məlumatına görə, XİN-nin mətbuat katibi Nasir Kənani bu gün səhər (bazar ertəsi) jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında deyib: “Səkkiz mindən çox Fələstin vətəndaşının vəhşicəsinə qətliam edilməsinə və şəhid olmasına görə başsağlığı verirəm. Statistikaya görə, şəhid olanlar arasında 3342 uşaq, 460 qoca, 2000 şagird var və 20 min insan yaralanıb.”
Kənani əlavə edib: “Amerika hökuməti və bəzi Avropa rejimlərinin lüğətində əxlaq və bəşəri dəyərlərin ölümü ilə əlaqədar bəşəriyyətə, dünyanın azad xalqlarına və özlərini Fələstin xalqının tərəfində azad fikirli hesab edənlərə başsağlığı verirəm.”
Mətbuat katibi Amerika rəsmilərinin İraqda ABŞ-ın maraqlarına zidd hücumlar təşkil edildiyi iddiasına münasibət bildirərkən deyib: “Nə əkmisinizsə, onu da biçəcəksiz. Bölgədə gərginliyin dəstəklənməsi reaksiyalara səbəb olacaq. Bu, rəsmi mövqelərimizdə, mesajlarımızda dəfələrlə vurğuladığımız məsələdir.”
Xəzər dənizinin ekoloji sahəsi ilə bağlı iki görüş
Mətbuat konfransının davamında Kənani Xəzər dənizi hövzəsi ölkələri arasında əməkdaşlığın son vəziyyəti haqqında bildirib: “Xəzər dənizinin qonşu dövlətləri arasında əməkdaşlıq çərçivəsində ekoloji, ticarət və nəqliyyat-tranzitlə bağlı məsələlərdə birgə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirilən görüşlərin konkret vaxt çərçivələrində mexanizmlər müəyyən edilib.”
Kənani bunu da qeyd edib ki, üzv ölkələrin bildirilən çərçivələr xaricində bir-biri ilə görüşləri və əlaqələri var və İran təmsilçisi son günlər həmkarları ilə bir neçə görüş keçirib.
XİN-nin mətbuat katibi deyib: “Bu istiqamətdə qarşıda daha iki görüşümüz var. Onun gündəliyinə çoxtərəfli əməkdaşlığın inkişafı və artırılması ilə bağlı məsələlər və Xəzər dənizinin ətraf mühiti ilə bağlı məsələlər daxildir.”
Sizin rəyiniz