İRNA-nın Nyu-Yorkdan verdiyi məlumata görə, BMT Baş Assambleyasının Fələstin üzrə fövqəladə sessiyasında iştirak etmək üçün Nyu-Yorkda qısamüddətli səfərdə olan İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Amerikanın CNN xəbər kanalı ilə müsahibəsində deyib: “Biz həmişə Fələstinə siyasi, media və beynəlxalq dəstək vermişik və bunu heç vaxt gizlətmirik. Bu bir faktdır.”
Eyni zamanda İranın Xarici İşlər naziri deyib: “Lakin onların atdığı addım, işğal olunmuş ərazilərin müdafiəsi və fələstinlilərin onu geri almaq, Fələstini xilas edib işğaldan azad etmək istəmələri beynəlxalq hüquq müddəalarına və açıq mətninə əsasən, düzgün və qanunidirmi? Biz hesab edirik ki, (bəli,) onlar beynəlxalq hüquqa uyğun hərəkət ediblər.”
İranın Xarici İşlər naziri Amerikanın Qərbi Asiya regionunda öz qüvvələrinə qarşı hücumlarla bağlı iddiasına aid suala cavab olaraq deyib: “Bölgədə həyata keçirilən istənilən hücum və Amerikanın maraqları hansısa qrup tərəfindən hədəfə alınıbsa, heç bir sənəd təqdim edilmədən bunu İran İslam Respublikası ilə əlaqələndirmək tamamilə yanlış və əsassızdır.”
Əmir Abdullahiyan “əgər İranın bu böhranda heç bir rolu yoxdursa, siz niyə bu müharibəyə qarışırsınız?” sualına cavabında deyib: “Müharibədə iştirak edən Amerikadır. Amma biz regionumuzdakı vəziyyətə etinasız deyilik. Biz öz bölgəmizdəyik. Öz bölgəmizdə yaşayırıq. Amerika minlərlə kilometr uzaqda olmasına baxmayaraq, bizim regionun bütün işlərinə müdaxilə etmək istəyir. Siz bu sualı Amerika dövlət adamlarına verin və deyin ki, sizin İraq və Suriyada nə işiniz var?
Sizin rəyiniz