İRNA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, Kristian Lindmayer Qəzzada səhiyyənin vəziyyətini bu bölgədə infrastrukturun bombalanması səbəbilə acınacaqlı olaraq qiymətləndirib və mülki şəxslərin ölümü ilə bağlı xəbərdarlıq edib.
O, jurnalistlərə deyib: "Bu, geniş yayılmış yerdəyişmə, həddindən artıq sıxlıq və səhiyyə infrastrukturuna vurulmuş ziyanla birlikdə baş verəcək qaçılmaz bir kütləvi səhiyyə faciəsidir."
Qəzzanın səhiyyə orqanları bildiriblər ki, sionist rejimin hava hücumları başlayandan indiyədək 8300-dən çox fələstinli şəhid olub.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü də Qəzzalı körpələrin su çatışmazlığı səbəbindən ölüm riski ilə bağlı xəbərdarlıq edərək, bu riskin hər keçən gün daha da ciddiləşdiyini bildirib.
Sizin rəyiniz