İRNA-nın “Rəy əl-Yəvm”-ə istinadən verdiyi məlumata görə, misirli siyasi elmlər və beynəlxalq münasibətlər üzrə professor İsmail Sabri Muqəllid deyib: “Sionist rejim beynəlxalq səviyyədə qadağan olunmuş bioloji və qeyri-bioloji silahlardan istifadə edir, hansı ki, bu silah qurbanların cəsədlərini əridir, yandırır və həkimlərin heç nə edə bilməyəcəyi şəkildə əzir.”
Misirli analitik sionist nazirin Qəzzəyə nüvə hücumu ilə bağlı təhdidinə toxunaraq deyib: “Ərəb ölkələri nəyi gözləyir? Niyə ən azından media baxımından bir iş görmürlər? Əgər ərəb bir nazir Təl-Əvivə nüvə bombası atmağa çağırış etsəydi, nə edərdilər? İran bir gün nüvə silahına sahib olmasın və onlara tərəf gəlməsin deyə, pusquda duranlar nə edərdi?”
Sonda Səbri Muqəllid deyib: “Qəzzada baş verənlər o qədər iyrəncdir ki, buna səssiz qala bilmərik. Əgər biz tərpənməsək, dünya yerindən tərpənməyəcək.”
Misirli siyasətçi Zəhdi əl-Şami də bu barədə belə düşünür: “İsrailli nazirin Qəzzaya atom bombası atmağa çağırışı təhlükəli faktları göstərir və sionist rejimin atom bombasına sahib olmasına etirafıdır.”
O, əlavə edib: “Beynəlxalq Atom Enerjisi Agentliyi haradadır? Bu, dünya sülhü üçün təhlükəli təhdiddir, bəs Təhlükəsizlik Şurası haradadır?”
Sizin rəyiniz