İRNA müxbirinin verdiyi məlumata görə, Höccətullah Əbdül-Məliki bazar ertəsi “Kiş INVEX” sərgisinin açılış mərasimində istehsalın artırılması üçün azad zonaların imkanlarından maksimum istifadə edilməli olduğunu vurğulayaraq deyib: “Azad zonalardan 18 milyard dollarlıq qeyri-neft ixracı bu zonalarda iqtisadiyyatın dinamikasını göstərir.”
O, ölkənin tranzitinin 70 faizinin azad zonalar vasitəsilə həyata keçirildiyini bildirərək deyib: “13-cü hökumətdə azad zonalara investisiya iki dəfə artaraq 200 milyon avroya çatıb.”
Sizin rəyiniz