8 noyabr 2023 at 17:59
Jurnalist kodu: 5487
Xəbər kodu: 85285261
T T
0 Persons

Tags

İran və Tacikistan arasında 18 əməkdaşlıq sənədi imzalanıb

8 noyabr 2023 at 17:59
Xəbər kodu: 85285261
İran və Tacikistan arasında 18 əməkdaşlıq sənədi imzalanıb

Tehran – İRNA - İran və Tacikistan prezidentləri və yüksək səlahiyyətli rəsmiləri bir birgə bəyanat və 18 əməkdaşlıq sənədi və memorandumu imzalayıblar.

İRNA-nın hökumət müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikası və Tacikistan arasında əməkdaşlıq sənədlərinin imzalanması mərasimində Ayətullah Seyid İbrahim Rəisi və İmaməli Rəhman strateji və uzunmüddətli ikitərəfli əlaqələrin dərinləşdirilməsi haqqında birgə bəyanat imzalayıblar.

Həmçinin İran və Tacikistanın yüksək səlahiyyətli rəsmiləri prezidentlərin iştirakı ilə 18 əməkdaşlıq sənədi və memorandum imzalayıblar.

2023-2030-cu illər üçün uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq üçün yol xəritəsi, vizaların ləğvi, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, nəqliyyat və tranzit, böhranların idarə edilməsi, birgə Xüsusi İqtisadi Zonanın yaradılması, mədəniyyət və incəsənət, ali təhsil, texnoloji və innovativ tədqiqatlar poçt xidmətləri, idman işləri və İranın Yəzd və Tacikistanın Xücənd şəhərləri arasında qardaşlaşma üzrə anlaşmalar İran İslam Respublikası və Tacikistan arasında iki ölkənin rəsmiləri tərəfindən imzalanan sənədlər və əməkdaşlıq memorandumları arasında idi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .