8 noyabr 2023 at 20:49
Jurnalist kodu: 5487
Xəbər kodu: 85285405
T T
0 Persons

Tags

Ənsarullah: Sionist rejim müsəlmanların qəzəb tufanı ilə üzləşəcək

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının sözçüsü Fələstində baş verən hadisələrlə bağlı verdiyi açıqlamada vurğulayıb ki, sionist rejimin cinayətlərinin qarşısı alınmasa, bu rejim müsəlmanların qəzəb tufanı ilə üzləşəcək.

İRNA-nın “Əl-Məsirə” telekanalına istinadən verdiyi xəbərə görə, Ənsarullah Hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlam deyib: “Qəzza zolağında ikinci ayına qədəm qoyan sionist-Amerika soyqırımına görə İslam dünyası ağır dini, əxlaqi və insani sınaq qarşısındadır və müsəlmanların bu zəiflik və acizlik göstərməsinə heç bir haqq qazandırmaq olmaz.”

O, əlavə edib: “Mühasirəyə alınmış və qan içində olan Qəzzaya islami yardımın olmaması mümkündürmü? Qərb tez bir zamanda sionist rejimə hava körpüsü açaraq onu bütün qətliam və məhvetmə vasitələri ilə təmin etdiyi bir halda müsəlmanlar Qəzza üçün nə etdilər?”

Əbdüssəlam qeyd edib ki, İslam ölkələri öz səslərini ucaltmalı və digər bir “yeni Nikbət” barədə xəbərdarlıq etməlidirlər.

“Sionist rejim Qəzzəyə qəddar təcavüzünü dayandırmasa, müsəlmanların qəzəb seli ilə üzləşəcək”- deyə, o bildirib.

Sizin rəyiniz

You are replying to: .