Rəisi və Ərdoğan ətraflı müzakirə aparıblar - Riyad sammitində bombardmanı dərhal dayandırmaq və blokadanı aradan qaldırmağın əhəmiyyəti vurğulanıb

Tehran - İRNA - İran və Türkiyə prezidentləri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Özbəkistanda keçirilən sammiti çərçivəsində Fələstin məsələsi ilə bağlı ətraflı danışıqlardan sonra Ər-Riyadda İslam ölkələrin dövlət başçılarının zirvə sammitində praktiki və təsirli qərarların qəbul edilməsinin vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, Qəzzanın bombalanması dərhal dayandırılmalı və Qəzzanın blokadasına son qoyulmalıdır.

İRNA-nın məlumatına görə, İran və Türkiyə prezidentləri Özbəkistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammiti çərçivəsində Fələstin məsələsi ilə bağlı ətraflı danışıqlardan sonra İslam ölkələrinin dövlət başçılarının Ər-Riyadda keçiriləcək sammitində praktiki və təsirli qərarların qəbul edilməsinin vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, Qəzzanın bombalanması dərhal dayandırılmalı və Qəzzanın blokadasına son qoyulmalıdır.

Bu görüşdə prezident İran-Türkiyə əlaqələrinin genişləndiyini bildirib və xüsusilə ticarət və iqtisadi sahədə əlaqələrin daha da inkişafı və daha yüksək səviyyələrə qaldırılması üçün zəmin yaradılmasını vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .