İranın Energetika naziri Əli Əkbər Mehrabiyan İran, Azərbaycan və Rusiya arasında üç ölkənin elektrik şəbəkəsini birləşdirən üçtərəfli sazişi açıqlayıb

Tehran - İRNA - Əli Əkbər Mehrabiyan deyib: “İranın elektrik şəbəkəsinin Rusiyaya qoşulması üçün üç istiqamətdə lazımi araşdırmalar aparılıb. Araşdırmalarımız Gürcüstan, Azərbaycan və Türkmənistan vasitəsilə həyata keçirilib.”

İRNA-nın məlumatına görə, Energetika naziri vurğulayıb: “Həyata keçirilməsi baxımından xeyli asan olan, çox inkişaf planları və şəbəkə inkişafı tələb etməyən marşrut Azərbaycan Respublikası marşrutudur.”

O, əlavə edib: “Azərbaycan Respublikası və Rusiya Federasiyası ilə çox yaxşı razılaşma əldə etdik. Bu razılaşma şəbəkələri Azərbaycan vasitəsilə mümkün qədər tez birləşdirə bilməyimizə gətirib çıxardı.”

Nazir bəyan edib ki, son görüşlərimiz energetika nazirlərinin müavinlərinin iclasına səbəb oldu və tezliklə daha bir görüş keçiriləcək.

Mehrabiyan yaxın 6 ay ərzində İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin birgə fəaliyyətə başlayacağına ümid etdiyini bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .