15 noyabr 2023 at 13:31
Jurnalist kodu: 5487
Xəbər kodu: 85292121
T T
0 Persons

Tags

Sionist rejim BMT-də Qadınların Statusu üzrə Komissiyadan çıxarılmalıdır

Tehran - İRNA - Prezidentin qadın və ailə məsələləri üzrə köməkçisi deyib: “Sionist rejim BMT-də Qadınların Statusu üzrə Komissiyadan çıxarılmalıdır.”

İRNA-nın məlumatına görə, İnsiyyə Xəzəli İslam Məzhəblərinin Yaxınlaşdırılması Assosiasiyasının təşkil etdiyi “Əl-Əqsa tufanında qadınların səsi” adlı vebinarda sionist rejim tərəfindən Qəzzada qadın və uşaqların öldürülməsinə toxunaraq deyib: “Görünür, qadın və uşaqlar öz imanı və möhkəmliyi ilə qəsbkar sionist rejim üçün mühüm təhlükə sayılır. Ona görə də uşaqlar böyüməməlidir və onları müqavimətə təşviq edən mömin anaların himayəsi altında tərbiyə almamalıdır.”

Xəzəli sionist rejimin BMT-də Qadının Vəziyyəti Komissiyasından çıxarılmasını, Rəfah keçidinin açılmasını, sülhməramlı qüvvələrin göndərilməsini və bu mühüm keçidin bağlanmasının qarşısını almaq üçün sülhməramlı qüvvələrin iştirakını, dərhal analara, uşaqlara və yeniyetmələrə sağlamlıq və tibbi yardımın göndərilməsini, Fələstin xalqının müqavimət göstərməyə aid qanuni hüququnun tanınmasını tələb edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .