İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün X (keçmiş Twitter) hesabında yazıb: “İranın prinsipial mövqeyi daima Qarabağın Azərbaycanın olmasından yana olub”.
O, davamında vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qaytarılması İran tərəfindən xoş qarşılanıb”.
İranın Azərbaycandakı səfiri İranın bu bölgədə yaşayan ermənilərin hüquqlarına hörmətlə yanaşmasına xüsusi önəm verməsi ilə bağlı xatırladıb: Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqlarının təmin edilməsi yalnız Azərbaycan Respublikasının suverenliyi və qanunları çərçivəsində məna kəsb edir.
Sizin rəyiniz