19 noyabr 2023 at 16:09
Jurnalist kodu: 5487
Xəbər kodu: 85296326
T T
0 Persons

Tags

Ali Məqamlı Rəhbər: İslam hökumətləri enerji və malların sionist rejimə çatmasının qarşısını alsınlar

Tehran - İRNA - Ali Baş Komandan deyib: “Hazırkı uğur səviyyəsi ilə kifayətlənmək olmaz. Çünki dünyada müxtəlif hərbi və mülki sektorlar davamlı olaraq hərəkət və inkişaf etməkdədir. Biz geri qalmamağa çalışmalıyıq.”

İRNA-nın məlumatına görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər saatlarında Aşura Aerokosmik Elm və Texnologiya Universitetində olub və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Aerokosmik Qüvvələrinin daimi sərgisində bu qüvvələrin son nailiyyətləri ilə tanış olub.

İslam İnqilabının Ali Rəhbərinin bu sərgidə iştirakı ilə eyni vaxtda “Fəttah 2” hipersəs qanadlı raketi, “Mehran” mobil müdafiə sistemi və təkmilləşdirilmiş “9 Dey” sistemi, eləcə də “Şahid 147” pilotsuz təyyarəsi nümayiş etdirilib.

İslam İnqilabının Ali Rəhbəri çıxışının bir hissəsində Fələstində baş verən hadisələrə və sionist rejimin Qəzzada cinayətlərinin davam etməsinə toxunaraq deyib: “Qəzza hadisələri dünya insanları üçün bir çox gizli həqiqətləri üzə çıxardı. Bu həqiqətlərdən biri də Qərb dövlətləri başçılarının irqi ayrı-seçkiliyə dəstək verməsidir. Sionistlər özlərini üstün bir irq, qalan insanları isə aşağı irq hesab edirlər. Buna görə də heç bir vicdan əzabı çəkmədən minlərlə uşağı qətlə yetiriblər.”

O, həmçinin müsəlman hökumətlərinin vəzifələri və hərəkətləri haqqında deyib: “Bəzi İslam hökumətləri toplantılarda zahirən sionist rejimin cinayətlərini pisləyiblər. Bəziləri isə hələ də pisləməyib. Lakin bu, qəbuledilməzdir. Əsas iş sionist rejimin şah damarı və həyat axınının kəsilməsidir.”

Ayətullah Xamenei vurğulayıb: “İslam hökumətləri enerji və malların bu rejimə çatmasının qarşısını alsınlar.” 

O, daha sonra deyib: “İslam hökumətləri sionist rejimlə siyasi əlaqələrini ən azı məhdud müddətə kəssinlər. Xalqlar toplanış və nümayişlərini davam etdirərək Fələstin xalqına edilən zülmün unudulmasına imkan verməməlidirlər.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .