İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Prezidenti həmkarlarına ünvanladığı bu məktubunda bu günün bütün hökumətlərin ilahi və bəşəri imtahan günü olduğunu vurğulayaraq, ölkələri sionist rejimlə əməkdaşlıq, ticari və siyasi əlaqələri dayandırmaq da daxil olmaqla, bütün mövcud təzyiq vasitələrindən istifadə edərək, bu cinayətlərin dayandırılmasında daha mühüm rol oynamağa çağırıb.
Rəisi məktubun davamında yazıb: “Azadlıqsevər və müstəqil dövlətlərdən, xüsusən də İslam ölkələrindən gözlənti budur ki, diplomatik və iqtisadi sahədə tutarlı və vahid yanaşma ilə bu işğalçı rejimə təzyiq göstərməklə yanaşı, bu rejimin mülki əhalinin qətlə yetirilməsi və Qəzza mühasirəsi kimi cinayətlərinin dayandırılmasına zəmin yaratsınlar.
Sizin rəyiniz