İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Beynəlxalq Əfv Təşkilatı bəyanatında vurğulayıb: “Qəzzada heç bir yer təhlükəsiz deyil və İsrailin qanunsuz hücumları onun fələstinlilərin həyatına açıq-aşkar etinasızlığını nümayiş etdirir. Sənədləşdirdiyimiz bir neçə hadisəni sübut edir ki, İsrail hərbi hədəflərə dair heç bir dəlil olmadan fələstinli mülki insanları hədəfə alıb.”
Beynəlxalq qurumun bəyanatının davamında bildirilib: “Beynəlxalq Cinayət Məhkəməsinin prokurorundan Qəzzada törədilmiş hərbi cinayətlərin araşdırılmasını sürətləndirmək üçün konkret tədbirlər görməsini xahiş edirik.”
Sizin rəyiniz