24 noyabr 2023 at 12:19
Jurnalist kodu: 5487
Xəbər kodu: 85301316
T T
0 Persons

Tags

Əmir Abdullahiyan: Hərbi meydanda uduzanlar siyasi arenada da uduzacaqlar

Doha - İRNA - İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə ilə görüşündə hər kəsin qiymətləndirməsinin İsrail rejimi və Amerikanın döyüş meydanında heç nə qazanmaması olduğunu vurğulayaraq deyib: “Hərbi meydanda uduzanlar siyasi arenada da uduzacaqlar.”

İranın Xarici İşlər naziri sionist rejimin məğlub olmuş baş nazirinin Qəzzəyə hücumun məqsədinin HƏMAS-ı məhv etmək olduğuna dair ilkin iddiasına toxunaraq deyib: “Amerika və İsrail rejimi bir ay yarımdan artıq təcavüz və amansız müharibəyə, on minlərlə Fələstin vətəndaşının öldürülməsinə və yaralanmasına baxmayaraq, hərbi sahədə ən kiçik nailiyyət əldə edə bilmədi, atəşkəs və əsirlərin azad edilməsi üçün HƏMAS-la dolayısı ilə danışıqlar aparmağa məcbur oldular.
HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə də İran Rəhbərliyinin, Prezidentinin, hökumətinin və xalqının qəti dəstəyinə, eləcə də Xarici İşlər nazirinin Fələstin məsələsi və xalqı üçün, xüsusən də Qəzzaya qarşı davam edən müharibə zamanı fəal diplomatik dəstəyinə görə minnətdarlığını bildirib, Qəzzada müqavimət və sabitliyin son vəziyyətini, həmçinin müvəqqəti atəşkəs razılaşmasının ölçülərini açıqlayıb.

O, həmçinin Livan, Yəmən, İraq və Suriyadakı müqavimət hərəkatlarının Qəzzədəki qardaş və bacılarına cihad dəstəyini iftixarlı, sionist rejim və Amerikaya isə açıq mesaj adlandırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .