27 noyabr 2023 at 18:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85304860
T T
0 Persons

Tags

OANA ilə İslam Əməkdaşlıq Təşkilatının informasiya agentlikləri arasında əməkdaşlıq genişlənir

Ciddə - İRNA – İran İslam Respublikası Xəbər Agentliyinin (İRNA) baş direktoru, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) müvəqqəti sədri Əli Nadiri və İslam Əməkdaşlıq Təşkilatının informasiya agentliklərinin (UNA) baş katibi Məhəmməd Əbdirrəbbih Əl-Yami bu iki təşkilatın peşəkar və media əməkdaşlığını genişləndirmək haqqında razılığa gəliblər.

İRNA-nın məlumatına görə, UNA-nın dəvəti ilə “Şiddət və nifrətdən uzaqlaşmaqda medianın rolu” adlı konfransda iştirak etmək üçün Ciddə şəhərinə səfər edən Əli Nadiri konfrans çərçivəsində UNA birliyinin baş katibi Məhəmməd Əbdirrəbbih Əl-Yami ilə görüşüb və söhbət edib.

Bu görüşdə iki tərəf OANA və UNA-nın media və regional imkanlarına işarə edərək, bu iki təşkilat arasında əməkdaşlıq və sinerjik həllər haqqında fikir mübadiləsi aparıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .