28 noyabr 2023 at 15:06
Jurnalist kodu: 5487
Xəbər kodu: 85305793
T T
0 Persons

Tags

Amerika və Qərb ölkələrinin Hizbullaha 28 mesajı: Xahiş edirik, təmkinli olun

Tehran - İRNA - Xarici İşlər naziri: “2006-cı ildə və ondan sonrakı hadisələrdə Amerika Livanla bağlı ilk növbədə Livanda Hizbullahı məhv etmək, sonra isə Livanda Hizbullahı tərksilah etmək üçün çox səy göstərdi, lakin bu arzularının heç birinə çatmadı və bu gün Hizbullah regionun ən güclü müqavimət qüvvələrindən biridir.”

İRNA-nın məlumatına görə, ötən günlərdə Əl-Cəzirə xəbər telekanalı İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdulahiyan ilə bölgədəki hadisələr və Fələstin məsələsinə dair söhbət edib.

Ölkəmizin Xarici İşlər naziri ABŞ-ın İslam Respublikasına göndərdiyi mesajlarla bağlı sualı cavablandırarkən deyib: “Son altı həftə ərzində diplomatik kanallar vasitəsilə Amerikadan mesajlar aldıq. Biz cavab olaraq onlara bildirdik ki, siz müharibənin əhatə dairəsini genişləndirmək fikrində olmadığını desəniz də, İsrail rejiminin tərəfini tutaraq, bölgədəki bütün Amerika bazalarından İsrail rejiminə və Təl-Əvivə silah və texnika göndərməklə müharibənin intensivliyini və miqyasını praktiki olaraq genişləndirdiniz və son həftələrdə bölgədə müharibənin miqyasının genişlənməsi müqavimət qüvvələrinin təbii reaksiyasının bir hissəsi idi.”

Müqavimət qüvvələrinin sionist rejimə qarşı silahlı mübarizəsi və bu rejimə məxsus gəminin ələ keçirilməsini vurğulayan Əmir Abdullahiyan deyib: “Fələstin torpağı Fələstin xalqına məxsusdur. Elə Fələstin xalqı da öz taleyi barədə qərar verməlidir. Beynəlxalq hüquqa görə, işğal olunmuş ərazinin öz qayda-qanunları var. İşğalçı dövlətin hökmranlığı altında olan xalqın öz torpaqlarının azad edilməsi üçün hətta silah gəzdirmək, silahlı hərəkət etmək hüququ var.”

Xarici İşlər naziri müsahibəsinin davamında deyib: “Bununla bağlı Amerikadan mesajlar aldıq. Amma Amerikanın mesajlarına belə cavab verdi ki, bizim regionda heç bir təmsilçi qrupumuz yoxdur və bu qruplar öz ölkələrinin maraqları, regionun təhlükəsizliyi və Ərəb-İslam ümmətinin müdafiəsi üçün hərəkət edirlər.” 

O, Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatına (HƏMAS) dəyən zərərin miqdarı və bu hərəkatın Qəzzada nəzarətinin miqyası barədə deyib: “HƏMAS Qəzzadadır və ona nəzarət edir. Mən ötən günlərdə Fələstin müqavimət qruplarının liderləri ilə görüşdüm. Onlar əmin etdilər ki, indiyədək onların ixtiyarında olan silah qurğuları və müqavimət qüvvələrinin yalnız maksimum 10-12%-i Qəzzada sionist rejimin təcavüzlərinə qarşı meydana çıxarılıb. Güc, canlı qüvvə və silahların təxminən 90%-i hələ də onların sərəncamındadır. Buna görə də güclü vəziyyətdədirlər. Unutmayaq ki, həm Qəzzə rəhbərliyi, həm Qəzzə xalqı, həm də sionist rejimlə müharibə və qarşıdurma idarəsi HƏMAS-ın üzərinə düşür. HƏMAS Fələstinin daxilində kökü olan bir reallıqdır. HƏMAS Fələstin müqavimətinin bir hissəsidir. Qəzzanın gələcəyini Fələstin xalqı və Fələstin müqaviməti müəyyən edəcəyinə inanırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .