28 noyabr 2023 at 21:43
Jurnalist kodu: 5487
Xəbər kodu: 85306091
T T
0 Persons

Tags

İranın yeni mühacirləri qəbul etmək imkanı yoxdur

28 noyabr 2023 at 21:43
Xəbər kodu: 85306091
İranın yeni mühacirləri qəbul etmək imkanı yoxdur

Tehran - İRNA - Milli Miqrasiya Təşkilatının rəhbəri deyib: “İranın yeni mühacirləri qəbul etmək imkanı yoxdur və beynəlxalq ictimaiyyət İrandakı qaçqınlara dəstək verməkdə məsuliyyət qəbul etməsə, onların çoxu Avropa ölkələrinə miqrasiya edəcək.”

İRNA-nın məlumatına görə, Abdullah Mubini çərşənbə axşamı Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının Cenevrədə keçirilən 114-cü iclasında (27-29 noyabr) qaçqınların qəbulu yükünün beynəlxalq ictimaiyyət tərəfindən ədalətli şəkildə bölüşdürülməməsinə toxunaraq vurğulayıb: “İran indiyədək qaçqınlara ev sahibliyi etməkdə və onlara dəstək olmaqda öz payından qat-qat iştirak etmişdir. Ona görə də beynəlxalq ictimaiyyət bu beynəlxalq məsuliyyətin ədalətli bölüşdürülməsinə diqqət yetirməlidir.”

Mubini əlavə edib: “Miqrasiya böhranları siyasi, hərbi müdaxilə və iqlim şəraiti kimi müxtəlif səbəblərdən baş verir və İran İslam Respublikasının qonşu ölkələrində regiondankənar ölkələrin Əfqanıstan və İraqdakı hərbi müdaxilələrinin üzündən İran son 40 ildə bir neçə milyon qaçqın və köçkünə ev sahibliyi edib.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .