İRNA-nın məlumatına görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün İmam Xomeyni (r) Hüseyniyyəsində ölkənin hər yerindən gələn minlərlə bəsici ilə görüşündə deyib: “Tarixi Əl-Əqsa Tufanı hadisəsi sionist rejim əleyhinədir, amma amerikasızlaşma əməliyyatıdır. Əl-Əqsa Tufanı Amerikanın bölgədəki siyasət cədvəlini alt-üst edə bildi. İnşallah, bu tufan davam edərsə, Amerikanın bölgədəki siyasətlərinin cədvəlini məhv edəcək.”
Ali Məqamlı Rəhbər İran İslam Respublikasının Fələstin məsələsi ilə bağlı siyasətinə toxunaraq deyib: “Dünyada İslam Respublikasının regionla bağlı fikirlərindən danışan bəziləri yalandan deyirlər ki, İran yəhudiləri və sionistləri dənizə atmağın lazım olduğundan danışır. Bu sözü əvvəllər bəzi ərəblər deyirdi, biz isə bunu heç vaxt deməmişik. Biz heç kimi dənizə atmırıq.”
Həzrət Ayətullah Xamenei davam edərək deyib: “Biz deyirik ki, söz Fələstin xalqının sözüdür. Fələstin xalqının səsi ilə qurulan hökumət orada olan insanlarla bağlı qərarlar verəcək. Bu hökumət başqa ölkələrdən gələn bütün insanlara Fələstində qalmalarını deyə bilər.”
O, daha sonra deyib: “Bu Əl-Əqsa Tufanı hadisəsində və Əl-Əqsa tufanından əvvəl fələstinlilərə ən çox kim kömək etdi? Şiələr ediblər. Livan şiəsi, İraq şiəsi, ərəb şiəsi, ərəb olmayan şiə. Bu ikiliklər alt-üst oldu. Tətbiq olunan bu ikililiklərin əvəzinə bölgəyə yeni ikililik hakim oldu: müqavimət və təslim.”
İslam İnqilabının Ali Rəhbəri deyib: “Hazırda bölgədə bu ikilik qabarıq şəkildə özünü göstərir. Müqavimət nə deməkdir? Müqavimət Amerikanın zorakılığına, artıqtamahlığına və müdaxiləsinə təslim olmamaq deməkdir.”
Sizin rəyiniz