2 dekabr 2023 at 16:39
Jurnalist kodu: 5487
Xəbər kodu: 85309625
T T
0 Persons

Tags

İngiltərədə ardıcıl 8-ci həftə Fələstin tərəfdarları aksiya keçirib

London - İRNA - Minlərlə Fələstin tərəfdarı şənbə günü Britaniyanın müxtəlif şəhərlərində ardıcıl səkkizinci həftə olaraq, Qəzzada sionist rejimin vəhşi cinayətlərinə qarşı nümayiş keçirib.

İRNA-nın məlumatına görə, etirazçılar İngiltərənin müxtəlif şəhərlərində soyuq və qarlı küçələrə axışıb və bir daha Fələstin xalqının qətliam edilməsinə qəzəblərini nümayiş etdiriblər.

“Fələstin üçün Milli Fəaliyyət Günü” kimi tanınan bu etiraz aksiyasının iştirakçıları Fələstin bayrağını dalğalandırıblar və şüarlar səsləndirərək Qəzzada dərhal atəşkəs tələb ediblər.

Onlar öz şüarlarında sionist rejimin Qəzzədəki cinayətləri ilə bağlı işin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini də tələb ediblər.

Sizin rəyiniz

You are replying to: .