Şəhriyar Heydəri İRNA-nın parlament üzrə müxbirinə müsahibəsində Kuba Prezidentinin İrana səfərinə işarə edərək deyib: “Kuba Prezidentinin İrana səfəri iki ölkə arasında müxtəlif ticarət və iqtisadi sahələrdə əlaqələrin dərinləşməsinə mühüm təsir göstərir.”
İslami Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədr müavini deyib: “Kuba və digər Latın Amerikası ölkələrinin Amerika Birləşmiş Ştatlarına yaxın olması səbəbindən bu ölkələrlə strateji və beynəlxalq əlaqələr baxımından əlaqələrin genişləndirilməsi İran üçün böyük əhəmiyyət kəsb edir.”
Heydəri əlavə edib: “İran İslam Respublikası anti-müstəmləkəçilik ruha malik olan və İranla siyasi və iqtisadi əlaqələr qurmaq və genişləndirmək istəyən hər bir ölkə ilə ünsiyyəti alqışlayır və bu ölkələrlə əlaqələri genişləndirmək istəyir.
Sizin rəyiniz