4 dekabr 2023 at 15:08
Jurnalist kodu: 5487
Xəbər kodu: 85311801
T T
0 Persons

Tags

İran və Kuba prezidentləri Fələstinə dəstək üçün qlobal koalisiyanın yaradılmasını vurğulayıblar

Tehran - İRNA - Prezident deyib: “Müxtəlif qitələrdə həmrəy ölkələrin iştirakı ilə Fələstin xalqını dəstəkləmək üçün koalisiya yaradılmalıdır ki, insanların hüquqlarını qorusun.”

İRNA-nın məlumatına görə, Prezident Ayətullah Seyid İbrahim Rəisi bazar ertəsi Tehranın Sədabad kompleksində kubalı həmkarı ilə birgə mətbuat konfransında İran və Kuba arasında münasibətləri inkişaf etdirmək üçün ciddi iradə olduğunu bəyan edərək deyib: “Şübhəsiz ki, Kuba Prezidentinin 21 ildən sonra İrana səfəri iki ölkə və iki xalq arasında münasibətlərin inkişafında dönüş nöqtəsidir. İran və Kubanın çoxlu ortaqlıqları vardır. Kubaya səfərim zamanı cənab Prezidentlə yaxşı müzakirələr apardım. Birgə komissiyadakı həmkarlarımız iki ölkəni maraqlandıran məsələləri izləyirdilər. Həmin məsələlər bu gün də izlənildi. İslam İnqilabının qələbəsindən sonra İran və Kubanın bir-biri ilə çox yaxşı ikitərəfli əməkdaşlığı olub və bu əməkdaşlıqlar inkişaf etməkdədir.”

Prezident İranla Kuba arasında münasibətlərin möhkəmlənməsini sanksiyaların neytrallaşdırılmasına səbəb olduğunu vurğulayaraq deyib: “İki ölkənin ortaq cəhəti hər ikisinin zorakılıq sisteminə qarşı dayanmasıdır. Kuba illərdir ki, Amerikanın hegemonluğuna və həddi aşmasına qarşı dirəniş göstərir. Kuba xalqının və hökumətinin müqaviməti təqdirəlayiqdir. Bizim müqavimətimiz və müstəmləkə sisteminə qarşı durmağımız İran və Kuba xalqlarına qarşı sanksiyalara səbəb olub. Amerika sanksiya ilə ölkələrimizi dayandıra biləcəyini düşünür. Bu, zorakılıq sisteminin qəflətdə qalması və onların səhv hesablamasıdır. Sanksiyalara məruz qalmış ölkələrin əlaqələrinin gücləndirilməsi sanksiyaların neytrallaşdırılmasına səbəb ola bilər.”

Ayətullah Rəisi deyib: “Hər iki ölkə eyni fikirdədir ki, məzlum Fələstin xalqına dəstək üçün qitələr və ölkələr arasında koalisiya yaradılmalıdır, beləliklə, Fələstin xalqının hüquqlarını dəstəklənməlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .