4 dekabr 2023 at 20:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85312087
T T
0 Persons

Tags

Borrell: İran Qəzzada gərginliyin artmasının qarşısını almaq üçün öz təsirindən istifadə etməlidir

London - İRNA - Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Qəzza böhranının yalnız siyasi yolla həll oluna biləcəyini söyləyib və bildirib ki, ölkəmizin xarici işlər naziri ilə telefon danışığında, "İrandan öz təsirindən istifadə etməyi və regionda gərginliyin daha da artmasının qarşısını almaqda fəal cəhd göstərməsini xahiş etdim”.

İRNA-nın məlumatına görə, Cosep Borrell bazar ertəsi günü X sosial şəbəkəsində bir mesaj dərc edərək yazıb: Qəzza və İordan çayının qərb sahilindəki vəziyyət mövzusunda Hüseyn Əmir Abdullahian ilə söhbətim olub.

O, Fələstin probleminin həllinin yalnız siyasi yolla ola biləcəyini və iki dövlətli həllə diqqəti yönəltdiyini ifadə edərək əlavə edib: Biz regional münaqişələrin genişlənməsinin qarşısını almalıyıq. Mən İrandan xahiş etdim ki, öz təsirindən istifadə etsin və regionda gərginliyin daha da yayılmasının qarşısını almağa fəal çalışsın.

Sizin rəyiniz

You are replying to: .