8 dekabr 2023 at 18:22
Jurnalist kodu: 5487
Xəbər kodu: 85315898
T T
0 Persons

Tags

Ölkədə ilk dəfə olaraq inyeksiya edilə bilən xərçəng əleyhinə dərman istehsalının açılışı

Kərəc - İRNA - Cümə günü Əlburzda yerləşən bir bilik əsaslı şirkət ölkədə ilk dəfə olaraq inyeksiya edilə bilən xərçəng əleyhinə “Siklofosfamid” dərmanın istehsalına başlayıb. Sözügedən dərman istehsalının açılış mərasimində Prezidentin elm, texnologiya və bilik əsaslı iqtisadiyyat üzrə köməkçisi iştirak edib.

İRNA müxbirinin verdiyi məlumata görə, Əlborz vilayətinin elm və texnologiya parkının rəhbəri dərmanın təqdimat mərasimində xərçəngin geniş spektrinin müalicəsində yeni dərman inyeksiyasının təsirinə diqqət çəkərək deyib: “Bu inyeksiya edilə bilən xərçəng əleyhinə dərman ən çox qan, yumurtalıq, süd vəzi və göz xərçəngi kimi bir çox xərçəngdən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunur.”

Mehdi Abbasi hazırda ölkədə geniş istifadə olunan bu dərmana olan ehtiyacın 100 faiz idxal hesabına ödənildiyinə işarə edərək deyib: “Bu dərmanın kütləvi istehsalı və tədarükü ilə onun idxalına yüksək valyuta axınının qarşısını almaqla yanaşı, xəstələrin müalicə problemi həll edilir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .