9 dekabr 2023 at 11:22
Jurnalist kodu: 5487
Xəbər kodu: 85316424
T T
0 Persons

Tags

Əmir Abdullahiyan: İsrail rejiminin HƏMAS-ın atəşkəsi pozması ilə bağlı iddiası tamamilə yalandır

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər naziri deyib: “İsrail rejiminin HƏMAS-ın atəşkəsi pozması ilə bağlı iddiası tamamilə yalandır. Atəşkəsi qorumaq səylərinə baxmayaraq, Vaşinqtonun İsrail rejiminin hərbi hücumlarının davam etməsini dəstəkləməsi davamlı atəşkəsə nail olmağı çətinləşdirib.”

İRNA-nın xarici siyasət üzrə bölməsinin verdiyi məlumata görə, ölkəmizin Xarici İşlər naziri Əmir Abdullahiyan diplomatik təmasların və məsləhətləşmələrin davamı olaraq, BMT Baş katibi cənab Antonio Quterres ilə Fələstində baş verən hadisələrlə bağlı danışıb və fikir mübadiləsi aparıb.

Cənab Quterreşin Fələstində baş verən hadisələr və Qəzzada baş verən soyqırımla bağlı BMT Nizamnaməsinin 99-cu maddəsinin aktivləşdirilməsində fəaliyyətini yüksək qiymətləndirən Əmir Abdullahiyan vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 99-cu maddəsindən istifadə sizin beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün göstərdiyiniz cəsarətli addımdır və dünya ictimai rəyi tərəfindən dəstəklənir.”

Əmir Abdullahiyan Qəzzanın cənubundakı çətin və faciəli humanitar vəziyyətə, qışın soyuğunda Qəzzanın cənubundakı səhralarda qadın və uşaqların didərgin düşməsinə və sərgərdan vəziyyətinə diqqət çəkib, İsrail rejiminin cinayətlərinə qarşı çəkindirmənin sürətləndirilməsini və Fələstin vətəndaşlarına dəstək verilməsini, o cümlədən humanitar yardımların göndərilməsi üçün Rəfah sərhədinin dərhal açılmasını və məcburi köçün dayandırılmasını istəyib.

Ölkəmizin Xarici İşlər naziri Fələstin müqavimətinin liderləri ilə bu günkü telefon danışığına toxunaraq deyib: “Nə qədər ki, Amerika sionist rejimin cinayətlərini və müharibənin davam etdirilməsini dəstəkləyir, təkcə müharibənin miqyasının genişlənməsi deyil, həm də regional vəziyyətdə idarəolunmaz partlayış ehtimalı var.”

Əmir Abdullahiyan vurğulayıb: “İsrail rejiminin HƏMAS-ın atəşkəsi pozması ilə bağlı iddiası tamamilə yalandır. Atəşkəsi qorumaq səylərinə baxmayaraq, Vaşinqtonun İsrail rejiminin hərbi hücumlarını davam etdirməsini dəstəkləməsi davamlı atəşkəsə nail olmağı çətinləşdirib.”

BMT Baş katibi Antonio Quterreş də bu telefon danışığında deyib: “Qəzzada humanitar vəziyyət fəlakətlidir. BMT Nizamnaməsinin 99-cu maddəsi 1989-cu ildən aktivləşdirilməyib, amma Qəzza və Fələstindəki mürəkkəb vəziyyətə görə sözügedən proses aktivləşib və Qəzzada dərhal atəşkəsə ehtiyac hər zamankindən daha çox hiss olunur, humanitar atəşkəs yaradılmalı və bölgədə gərginliyin yayılmasının qarşısı alınmalıdır.”

BMT Baş katibi fələstinlilərin hüquqlarının reallaşmasına və Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi əvvəlki qətnamələrə əsaslanaraq, Fələstin dövlətinin formalaşmasına qədər bu səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .