İRNA-nın cümə günü Trend xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hakim Yeni Azərbaycan partiyası bu gün İlham Əliyevi fevralın 7-də keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərdə namizəd kimi elan edib.
Seçki Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən son seçkidən 7 il sonra, yəni 2025-ci ildə növbəti prezident seçkilərinin keçirilməsi gözlənilirdi, lakin Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkiləri günü 7 fevral 2024-cü il olaraq təyin olunub. Həmin gün qeyri-iş günü elan olunmuşdur.
Azərbaycan Respublikasında seçkiqabağı təşviqat seçkiyə 23 gün qalmış (yanvarın 15-də) keçiriləcək.
Bu ölkədə prezidentlik müddəti 7 ildir və prezidentlik müddətinin sayında heç bir məhdudiyyət yoxdur.
Azərbaycanda bundan əvvəlki prezident seçkiləri 2018-ci ildə keçirilib. Bu seçkidə seçki hüququ olan şəxslərin 74,5 faizinin iştirakı ilə Əliyev 86,22 faiz səs toplayıb və seçkinin qalibi olub.
Sizin rəyiniz