Urmiya imam cüməsi: Amerika sionist rejimin xeyrinə 40 dəfə veto hüququndan istifadə edib

Urmiya - İRNA - Vəliyyi-fəqihin Qərbi Azərbaycandakı nümayəndəsi və Urmiyanın imam cüməsi imperialist Amerika rejiminin sionist rejimin işğal olunmuş ərazilərdəki cinayətlərində həmişəki ortağı olduğuna işarə edərək deyib: “Amerika sionist rejimin xeyrinə 40 dəfə veto hüququndan istifadə edib.”

İRNA-nın məlumatına görə, höccətül-islam vəl-müslimin Seyid Məhdi Qureyşi Urmiyada bu həftənin cümə namazı xütbələrində əlavə edib: “Qəzzada atəşkəslə bağlı digər ölkələrin əksinə olaraq, Amerika atəşkəsin əleyhinə idi və öz müxalifətçiiyi ilə bəyan edirdi ki, hələ qadınları, uşaqları, günahsız insanları məhv etmək lazımdır.”

Vəliyyi-fəqihin Qərbi Azərbaycandakı nümayəndəsi bildirib: “Təhlükəsizlik Şurasının beş daimi üzvü nəyinsə əleyhinə olsalar, bütün dünya bir məsələ üzərində razılaşasa da, heç bir ölkə heç nə edə bilməz və həmin beş ölkə öz istəklərini yeridəcəklər.

Birləşmiş Millətlər Təşkilatının vəzifəsi dünyada sülh və təhlükəsizliyi bərqərar etməkdir. Ancaq bütün dünya bir mövzuda bir araya gəlsə, Amerika və İngiltərə isə fərqli bir şəkildə yanaşsa və təklikdə əks tərəfdə dayanıb, o məsələyə qarşı çıxsa, veto hüququndan istifadə edir. Ona görə də həmin məsələni icra etmək mümkün olmur. Bu davranış vəhşilik qanunu və cəngəllik qanunu deməkdir.”

Sizin rəyiniz

You are replying to: .